BAKI, 23 noyabr — Sputnik. Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyaların iclası keçiriləcək noyabrın 30-da keçiriləcək. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan sosial şəbəkələrdə məlumat verib.
Danışıqların Ermənistan-Azərbaycan sərhədində aparılacağı qeyd edilir.
Görüşün digər təfərrüatları açıqlanmayıb.
Xatırladaq ki, noyabrın 21-də Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı sülh prosesini müzakirə etmək üçün sərhəddə görüşməyə dəvət edərək, İrəvanı yeni lazımsız gecikmələrə yol verməməyə çağırıb.
Noyabrın 22-də Ermənistan Xarici İşlər Nazirliyi sərhəddə görüş təklifini dəstəkləyib.