RUSİYA

Zaxarova: ABŞ yalnız özünün iştirak etmədiyi çevrilişləri pisləyir

ABŞ yalnız sponsor olmadığı hallarda demokratiya və onunla əlaqəli şeylərdən danışır.
Sputnik
BAKI, 22 noyabr — Sputnik. Vaşinqton yalnız ABŞ-ın iştirak etmədiyi ölkələrdəki dövlət çevriliş cəhdlərini pisləyir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, ABŞ müdaxilə etdiyi və iştirak etdiyi konstitusiyaya zidd çevriliş cəhdlərini qınamır, xüsusən də Vaşinqton Ukraynadakı hadisələri pisləmir.
Zaxarova qeyd edib ki, ABŞ yalnız sponsor olmadığı hallarda demokratiya və onunla əlaqəli şeylərdən danışır.
Bu yaxınlarda Rusiya XİN-in rəsmi nümayəndəsi qeyd edib ki, Qərb 2022-ci ilə qədər ölkədə baş verən hər şeyi Ukrayna tarixindən silmək istəyir.