BAKI, 22 noyabr — Sputnik. Bu gün səhər saatlarında Sumqayıt-Pirşağı-Bakı sürət qatarı qeyri-müəyyən səbəblərə görə xəttə çıxmayıb.
"Azərbaycan Dəmir Yolları" QSC Bakıətrafı sürət qatarının yubanmasının səbəbini açıqlayıb. Sputnik Azərbaycan-ın sorğusuna QSC-dən verilən məlumatda bildirilib ki, Abşeron dairəvi dəmiryol xətinin isarəvermə və rabitə sisteminə kənar müdaxilə zamanı elektrik naqililləri kəsilərək oğurlandığından svetoforlar qırmızılı işarə göstərib. Buna görə qatarların hərəkət qrafikində yubanma yaranıb. Nasasazlıq aradan qaldırılıb və qatarlar hazırda qrafik üzrə hərəkitini davam etdirir.
Qeyd edək ki, bu gün saat 07:05-də Sumqayıtdan Bakı istiqamətinə yola çıxmalı olan Sumqayıt-Pirşağı-Bakı sürət qatarı qeyri-müəyyən səbəblərə görə xəttə çıxmayıb. Bundan xəbərsiz olan sərnişinlər xeyli müddət gözləməli olublar.
Saat 07:15-də Sumqayıtdan çıxmalı olan növbəti qatar da xəttə qrafikdəki vaxtdan gec çıxıb. Nəticədə sərnişinlər həm mənzil başına xeyli gec çatıblar, həm də qatarda böyük sıxlıq yaşanıb.