DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsrailin dövlət terrorizmi insanlığa qarşı soyqırımdır - Ərdoğan

Türkiyə lideri həmçinin vurğulayıb ki, xüsusilə də İslam dünyası Qəzza zolağının işğalına səssiz qalmamalıdır.
Sputnik
BAKI, 22 noyabr — Sputnik. İspaniyadan başqa heç bir Qərb ölkəsi Qəzza zolağında zorakılığın dayandırılmasından narahat deyil. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairdən qayıdarkən jurnalistlərə bildirib.
"Təəssüf ki, Qərbin bir ölkəsi istisna olmaqla, heç kim bu problemin həlli ilə məşğul olmayıb. Demək olar ki, bütün Avropa ölkələri susur. Qırğınların qarşısını almaq üçün heç kim müdaxilə etmir. Yalnız İspaniyada vəziyyət müsbət istiqamətdə inkişaf edir. Avropa ölkələrinin demək olar ki, hamısı susur. Orada hökumət qurulub və gələn həftə mənim baş nazir Pedro Sançeslə görüşüm olacaq. Onun Yaxın Şərqdə baş verənlərlə bağlı fərqli mövqeyi var", - Ərdoğan deyb.
Ərdoğan biz susan ölkələrdən üz döndərə bilmərik deyib: "Biz onlarla görüşəcəyik, müzakirə edəcəyik, onları necə Fələstinin tərəfinə çəkmək barədə düşünəcəyik. Keçən həftə Almaniyaya səfərimiz oldu. Biz Avropada baş verənləri görürük".
Türkiyə lideri həmçinin vurğulayıb ki, xüsusilə də İslam dünyası Qəzza zolağının işğalına səssiz qalmamalıdır: "Qəzzanın süqutu İslam dünyasının birliyi və həmrəyliyi üçün dərin yara deməkdir. İsrailin Qəzzanı düşünmədən işğal etməsinə və beynəlxalq hüquq, insan haqları və etik dəyərləri nəzərə almayan hücumlarına susmaq və reaksiya verməmək utancvericidir. İslam dünyası birlik və həmrəylik ruhu ilə hərəkət etməli, bir yumruq olmalıdır".
Ərdoğan Ər-Riyad sammitinin qərarlarının tam yerinə yetirilməsinə çağırıb, çünki bu yumruq bütün gücü ilə masaya dəyəndə, İsrail işğalını və vəhşiliyini davam etdirə bilməyəcək: "İsrailin dövlət terrorizmi, Qəzza və Fələstinin digər şəhərlərindəki işğalçılıq hərəkətləri insanlığa qarşı cinayət, soyqırımdır".