RUSİYA

Rusiya İsrail və HƏMAS arasındakı 4 günlük atəşkəsi alqışlayır

İsrail və Fələstin HƏMAS hərəkatının nümayəndələri müvəqqəti atəşkəs və İsrail həbsxanalarındakı məhbusların müqabilində Həmas girovlarının azad edilməsi barədə razılığa gəliblər.
Sputnik
BAKI, 22 noyabr — Sputnik. Rusiya hakimiyyəti İsrail və HƏMAS arasında dörd günlük atəşkəs razılaşmasını alqışlayır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "TASS" xəbər agentliyinə bildirib.
"Münaqişənin eskalasiyası başlayandan bəri Rusiya məhz bunu tələb edir. Qətərin beynəlxalq ictimaiyyətin gərginliyin azaldılması çağırışının praktiki həyata keçirilməsinə yönəlmiş xüsusi səylərini məxsusi qeyd edirik", - deyə Zaxarova bildirib.
Daha əvvəl xəbər verildiyi kimi, İsrail və Fələstin HƏMAS hərəkatının nümayəndələri müvəqqəti atəşkəs və İsrail həbsxanalarındakı məhbusların müqabilində Həmas girovlarının azad edilməsi barədə razılığa gəliblər. Tərəflər fələstinlilərin Qəzza zolağının şimalından cənubuna sərbəst hərəkəti məsələsində də razılıq əldə ediblər.
Əlavə etmək istərdik ki, BRİKS ölkələrinin liderləri də təcili və uzunmüddətli humanitar fasilənin zəruriliyini bəyan ediblər. Xüsusilə Rusiya Prezidenti Vladimir Putin münaqişənin genişlənməsinin qarşısını almağa çağırıb.