İsrail oktyabrın 7-də səhər Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan əlavə, HƏMAS döyüşçüləri kütləvi raket hücumlarından sonra İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olublar.
Fələstinin HƏMAS hərəkatının hərbi qanadı İsrailə qarşı "Əl-Əqsa Tufanı" əməliyyatına başlayıb. İsrail Müdafiə Qüvvələri isə Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başladığını elan edib.
Münaqişənin kəskinləşməsi fonunda bir sıra dövlətlər öz vətəndaşlarını İsraildən çıxarmağa başlayıblar. İsrailin Qəzza zolağına nəzarəti ələ keçirməsi mülki fələstinlilərin oranı tərk etməsinə səbəb olub.