BAKI, 22 noyabr — Sputnik. Pakistan 2024-cü ildə BRICS-ə (Braziliya, Rusiya, Hindistan, Cənubi Afrika, Çin) üzv olmaq üçün müraciət edib.
Bu barədə "TASS" Pakistanın Moskvadakı səfiri Məhəmməd Xalid Camalin söylədiklərinə istinadən xəbər verib.
Səfir qeyd edib ki, İslamabad hazırda bu məsələdə Rusiyanın dəstəyinə ümid edir.
"Biz artıq müraciət etmişik. Pakistanın üzvlüyünə dəstək göstərmək üçün üzv olan ölkələrlə əlaqə saxlayırıq və Rusiyanın köməyinə ümid edirik" - TASS diplomatın sözlərini sitat gətirib.
Xatırladaq ki, bu il avqustun sonunda BRICS-ə üzv olan ölkələrin liderləri birliyin "Yohannesburq-2" adlı 15-ci sammitinin yekun bəyannaməsini qəbul ediblər. Sammitin yekunlarına dair sənəddə Argentina, Efiopiya, Misir, İran, həmçinin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin daxil olduğu təşkilatın genişlənməsindən bəhs edilib.