DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fransada işsiz vətəndaşların sayı artır

Qeyri-rəsmi məlumata görə, ölkədə işsizlərin sayı 3 milyonu ötüb.
Sputnik
BAKI, 22 noyabr - Sputnik. Fransada işsiz vətəndaşların sayı artmaqda davam edir. Cari ilin son rübündə bu ölkədə işsizlərin sayı 2 milyonu ötüb.
Bu barədə məlumatı "Əl Cəzirə" kanalı yayımlayıb.
Diqqətə çatdırılıb ki, qeyri-rəsmi məlumata görə, işsizlərin sayı 3 milyonu ötüb.
Fransanın iqtisadiyyat naziri Brüno Lö Mer bildirib ki, 2023-cü ilin son rübündə işsizlərin sayının 7,4 faiz artmasının əsas səbəbi Avropada iqtisadi böhranın davam etməsi ilə əlaqədardır. Avropada iqtisadi böhran Fransa iqtisadiyyatına da təsirsiz ötüşməyib.
Fransa mətbuatı yerli ekspertlərə istinadla yazır ki, ölkədə baş verən iqtisadi geriləmə gələn il də davam edəcək, bunun da nəticəsi olaraq işsizlərin sayı daha da artacaq. Bütün bunlar isə inflyasiyanın artmasına, əhalinin sosial vəziyyətinin pisləşməsinə səbəb olur.
Ekspertlərin fikrincə, gələn il Fransada sosial vəziyyətin pisləşməsi ilə əlaqədar kütləvi aksiyaların olacağı gözlənilir.