BAKI, 22 noyabr — Sputnik. Avropa İttifaqının Ermənistanda fəaliyyət göstərən mülki missiyası bu ölkənin təhlükəsizliyini təmin etmir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı deyib.
Zaxarovanın fikrincə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi Ermənistanın təhlükəsizliyini təmin etməyə kömək etmiş olardı.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, indi İrəvan hakimiyyətinin Ermənistanın KTMT-dən çıxması ilə bağlı müzakirələri öz səhv qərarlarına görə məsuliyyəti başqasına ötürmək cəhdidir.