BAKI, 21 noyabr — Sputnik. İki türkiyəli hüquqşünası Netanyahu da daxil olmaqla 8 yüksək vəzifəli İsrail məmurlarının mühakimə olunması üçün Beynəlxalq Cinayət Məhkəməsinə sorğu göndərdiyini bildirib. Bu barədə "RİA Novosti" məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl Türkiyə hökuməti İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı Beynəlxalq Cinayət Məhkəməsində (ICC) iddia qaldırıb.
Bildirilib ki, Qəzza zolağına olan zərbələrə görə İsrail hökumətinin başçısı məsuliyyət daşıyır.
Qeyd edək ki, noyabrın 4-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Benyamin Netanyahunu artıq öz həmsöhbəti hesab etmədiyini deyib.