SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Orta Dəhliz yeni reallıqlar ortaya çıxarır - Hikmət Hacıyev

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri bildirib ki, Ermənistanın "yeni yol ayrıcında" konsepsiyası utopiyadır.
Sputnik
BAKI, 21 noyabr — Sputnik. "Ermənistanın "yeni yol ayrıcında" konsepsiyası utopiyadır".
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf" mövzusunda beynəlxalq konfrans çərçivəsində xarici jurnalistlərə deyib.
Onun sözlərinə görə, Ermənistan "yeni yol ayrıcında" konsepsiyası irəli sürüb. Lakin bu, onun öz qərarıdır və utopik xarakter daşıyır.
"Biz son üç ildə müzakirə apardıq, nəticə olmadı. Ona görə də Ermənistan müzakirə etməli, bunun nə dərəcədə effektiv olduğunu düşünməlidir. Azərbaycanın da B planı var idi. Bu plan ondan ibarətdir ki, İran ərazisindən keçərək nəqliyyat əlaqələri qurulsun. Artıq İran və Azərbaycan arasında hökumətlərarası sənədlər imzalanıb" - Hacıyev deyib.
O əlavə edib ki, digər tərəfdən, Qars-İğdır dəmiryolunun qurulması üçün qardaş Türkiyə ilə əlaqələr davam edir:
"Bununla da regionumuz ətrafında dairəvi dəmiryolu xətti qurulmuş olacaq. Ancaq Ermənistan son üç ildə bu xəttin salınması üçün heç bir addım atmadı. Biz də sona qədər gözləyə bilmərik. Orta Dəhliz yeni reallıqlar ortaya çıxarır".