RUSİYA

Kreml Putinin G20 sammitindəki çıxışının təfərrüatlarını açıqlayıb

G20 ölkələrinin fövqəladə sammiti noyabrın 22-də baş tutacaq.
Sputnik
BAKI, 21 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin G20 sammitində çıxışı zamanı qlobal iqtisadiyyatdakı vəziyyəti və gündəlikdəki digər cari məsələləri müzakirə edəcək.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bundan əlavə, sammitdə Hindistanın 2022-ci il dekabrın 1-dən davam edən G20 sədrliyi mövzusuna, eləcə də iqlim gündəmi və rəqəmsallaşmaya toxunulacaq.
"Hindistan sədrliyinin bu il üçün yekunları, dünya iqtisadiyyatı və maliyyəsindəki vəziyyəti, iqlim gündəliyini, rəqəmsallaşdırma problemlərini və digər mövzuları müzakirə etmək planlaşdırılır" - məlumatda bildirilib.
Xatırladaq ki, G20 ölkələrinin fövqəladə sammiti sabah, noyabrın 22-də baş tutacaq. Putin görüşdə onlayn iştirak edəcək. Eyni zamanda BRİKS liderləri arasında telekörpü olacaq.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin G20 sammitində çıxışı zamanı gündəmdəki cari məsələlərlə bağlı Rusiyanın mövqeyini açıqlayacaq.