CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan nəqliyyat əlaqələri qovşağına çevrilmək iddiasındadır - RİNN rəsmisi

Beynəlxalq daşımalarda yüklərin izlənməsi mümkündür, sənədlərin rəsmiləşdirilməsi icra edilir.
Sputnik
BAKI, 21 noyabr — Sputnik. Azərbaycan nəqliyyat əlaqələri qovşağına çevrilmək iddiasındadır və bunun üçün nəqliyyat sektorunu inkişaf etdirir, bu sahəyə milyonlarla dollar vəsait yatırır.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) SPECA Həftəsi çərçivəsində keçirilən "SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi" mövzusunda iqtisadi forumda bildirib.
"Azərbaycan e-TIR sistemini Özbəkistanla uğurla həyata keçirib. Beynəlxalq daşımalarda yüklərin izlənməsi mümkündür, sənədlərin rəsmiləşdirilməsi icra edilir. Təchizat zəncirində olan əlaqələr mübadiləsi yalnız Azərbaycanın səyləri ilə yekunlaşmamalı, bütün bölgəni əhatə etməlidir. Belə olan təqdirdə məlumat mübadiləsi dünya miqyasında həyata keçirilə bilər", - deyə o qeyd edib.