BAKI, 21 noyabr — Sputnik. Birləşmiş Ştatların Ukraynaya yeni hərbi yardım paketi "sakitləşdirici həb"dir.
Bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirib.
"ABŞ-ın rejimə növbəti silah tədarükü ilə bağlı mesaj Zelenski üçün xaricdəki "xeyirxahlar" tərəfindən hazırlanmış sakitləşdirici həbdən başqa bir şey deyil. Döyüş zonasında və Ukrayna hökumətində vəziyyət tam dağılmaq ərəfəsindədir" - diplomat deyib.
O vurğulayıb ki, "ölümcül hədiyyə" Avromaydanın onuncu ildönümü ərəfəsində elan edilib. Bununla da Vaşinqton Kiyevə açıq şəkildə bildirir ki, Ukrayna hələ də "oyundadır". Eyni zamanda, ABŞ minlərlə insanın bu silahlardan ölməsini nəzərə almır.
Antonov qeyd edib ki, ABŞ tərəfi üçün yalnız Ukrayna layihəsindən gəlir əldə etmək vacibdir.
"Postsovet dövlətinə Qərbin istənilən silah-sursat tədarükü müflis Kiyev rejiminin ölümqabağı çırpıntılarının uzanması deməkdir" - səfir əlavə edib.
Bundan əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin Ukraynaya 100 milyon dollar dəyərində yeni hərbi yardım paketi barədə açıqlama vermişdi. O, eyni zamanda etiraf edib ki, ABŞ Kiyevə "sehrli silah" verə bilməz.