CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 18 kiloqram 710 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
Sputnik
BAKI, 20 noyabr — Sputnik. İrandan Azərbaycana 18 kiloqram 710 qram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, noyabr ayının 17-də saat 23:00 radələrində DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Cəlilabad rayonunun Gövüzbulaq kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 18 kiloqram 710 qram narkotik vasitə ( 18 kq 300 qr marixuana, 150 qr metamfetamin, 260 qr heroin) və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 3607 ədəd Metadon M-40 həbi aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.