RUSİYA

Nebenzya: BMT baş katibinin qərarının siyasi motivi artıq hər kəsə məlumdur

Rusiyanın BMT-dəki daimi nümayəndəsi bildirib ki, bu hücumlar artıq minlərlə uşağın ölümünə səbəb olub, lakin baş katib İsraili qanunları pozan elan etməyə və onu öz siyahılarına əlavə etməyə tələsmir.
Sputnik
BAKI, 20 noyabr — Sputnik. BMT-nin baş katibi Antonio Quterreş Qəzza zolağındakı vəziyyətlə bağlı siyasiləşmiş mövqe nümayiş etdirərək, İsrailin mülki hədəflərə endirdiyi zərbələri pisləməkdən imtina edib. Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

"Baş katibin qərarının siyasi motivi artıq hər kəsə məlumdur. O İsrail ordusunun Qəzzanın yaşayış məntəqələrinə hücumları fonunda bəlli oldu. Bu hücumlar artıq minlərlə uşağın ölümünə səbəb olub, lakin baş katib İsraili qanunları pozan elan etməyə və onu öz siyahılarına əlavə etməyə tələsmir", - deyə Nebenzya bildirib.

Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq "müharibə hazırlığı"nı elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin "müharibə vəziyyətinə" daxil olduğunu bəyan edib. Əməliyyat "Dəmir qılınclar" adlandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.