BAKI, 20 noyabr — Sputnik. Yeni mövsümdə "QUM-katok"un (konkisürmə meydançası) ziyarətçiləri məşhur xokkeyçilərin və fiqurlu konkisürmə ustalarının pulsuz ustad dərslərində iştirak edə, ənənəvi qış şirniyyatlarını dada, Yeni il və Milad suvenirlərini seçə biləcəklər. Bu barədə təşkilatçılar Sputnik-ə bildiriblər.
"Noyabrın 29-da Moskvanın əsas meydanında ölkə üzrə tanınmış "QUM-katok" 18-ci dəfə işə başlayacaq. Ənənəvi qış şənlikləri paytaxtın tam mərkəzində keçiriləcək. Qüsursuz buz, rəngarəng işıqlandırma, bayram ab-havası və kafedə ən ləzzətli qoğallar", - məlumatda deyilir.
Təşkilatçıların sözlərinə görə "QUM-katka" hər gün saat 09:00-dan 23:30-a kimi açıq olacaq. Hər seansın müddəti bir saatdır.
"QUM-katok"un yaxşı ənənəsi - iş günləri səhər ilk dörd seansı pulsuz- yeni mövsümdə də davam edəcək. Həftə içi günlərdə böyüklər üçün bilet 700 rubl, uşaq bileti (7 yaşdan 12 yaşa qədər) 300 rubl təşkil edir. Həftə sonları və tətil günlərində - müvafiq olaraq 800 və 400 rubl. 7 yaşa qədər uşaqlara pulsuz bilet verilir, onları buzda müşayiət etmək üçün böyüklər üçün bilet alınmalıdır. Təqaüdçülər üçün həftə içi seans 300 rubl, həftə sonları və tətil günlərində isə 400 rubl təşkil edir. Konki icarəyə götürmək olar və paltardəyişmə otağında konki itiləmə xidməti mövcuddur", - mesajda deyilir.
Bu il "QUM-katok"un qonaqları Rusiya idman ulduzları ilə pulsuz ustad dərslərindən zövq alacaqlar. Hər şənbə günü "QUM-katka" buz meydançasında, "Red Machine" uşaq xokkey məktəbinin məşqçilərinin rəhbərliyi altında xokkey oynamağı öyrənə, bilik və bacarıqlarınızı təkmilləşdirə bilərsiniz. Bazar günləri fiqurlu konkisürmə həvəskarları Anastasiya Qrebenkina məktəbinin müəllimlərinin rəhbərliyi altında konkisürmə bacarıqlarını təkmilləşdirəcək və sadə elementləri yerinə yetirəcəklər: spiral, qaçış, fırlanma.
Bundan əlavə, bu mövsümün proqramına dekabrın 10-dan fevralın 25-dək Olimpiya çempionu Alina Zaqitovanın fiqurlu konkisürmə üzrə 12 ustad dərsi daxildir.
Təşkilatçılar bidlirirlər ki, bütün ustad dərslərində iştirak pulsuzdur, lakin siz onlar "QUM-katok" http://gum-katok.ru saytında qeydiyyatdan keçməlisiniz.
"QUM-katok" yarmarkasına gələn qonaqlar ənənəvi qış yeməklərini dada biləcəklər: bal ilə sbiten, kərə yağı ilə pankeyk, xama, kürü, xiyar və göbələk ilə bişmiş kartof, isti içkilər, qril kolbasa, Vyana vafliləri, qovrulmuş şabalıdlar. Yaxınlıqda karusellər olacaq, meydanda yeni il yolları, qurğular və bəzək əşyaları, yarmarka ticarət evləri yerləşəcək.
Qeyd edək ki, Sputnik "QUM-katok"un informasiya tərəfdaşıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.