PAYTAXT XƏBƏRLƏRİ

Metroda nə baş verib?

Operativ baxış zamanı müdaxilə nəticəsində nasazlıq ehtimalı ilə olduğu müəyyən edilib.
Sputnik
BAKI, 20 noyabr — Sputnik. "Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-İçərişəhər" marşrutu üzrə hərəkət edən qatar "Xalqlar dostluğu" stansiyasında olanda qapılardan biri ilə bağlı problem yaranıb.
Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, operativ baxış zamanı müdaxilə nəticəsində nasazlıq ehtimalı ilə olduğu müəyyən edilib.
Təhlükəsizlik tələbinə uyğun sərnişinlər düşürülməklə, qatarın xətdən çıxarılması qərara alınıb. Nəticədə 4 dəqiqəlik yubanma yaranıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.