CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Geomaqnit qasırğası gözlənilir

Maqnit qasırğasının loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 20-26 noyabr 2023- cü il tarixləri üçün 2-5 intervalında dəyişəcək.
Sputnik
BAKI, 20 noyabr — Sputnik. Ötən üç sutka ərzində Günəş aktivliyi normal fon səviyyəsində olub. Noyabrın 20-dən Günəş küləyi parametrlərinin güclənməsi müşahidə oluna bilər.
Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Qeyd olunub ki, 16 noyabr tarixində baş vermiş zəif tac kütlə atılmaları (TKA) nəticəsində geomaqnit sahənin aktiv hala keçəcəyi, G1(mülayim) səviyyəli geomaqnit qasırğasının ola biləcəyi proqnozlaşdırılır. Noyabrın 22-dən etibarən geomaqnit sahənin sakit səviyyəyə qayıdacağı ehtimal olunur. Hazırda Günəş küləyinin sürəti 300-360 km/s intervalındadır.
Dekabrın 5-də G1(mülayim) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.
Maqnit qasırğasının loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 20-26 noyabr 2023- cü il tarixləri üçün 2-5 intervalında dəyişəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.