AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan və İraq prezidentlərinin geniş tərkibdə görüşü olub

Bakıda rəsmi səfərdə olan İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycanla turizm, iqtisadi və mədəni sahələrdə əlaqələri gücləndirmək arzusunda olduğunu bildirib.
Sputnik
BAKI, 20 noyabr — Sputnik. Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə geniş tərkibdə görüşü olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bakıda rəsmi səfərdə olan İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycanla turizm, iqtisadi və mədəni sahələrdə əlaqələri gücləndirmək arzusunda olduğunu bildirib.

"İraq Azərbaycanla turizm, iqtisadi və mədəni sahələrdə əlaqələri gücləndirməyə çalışır. Ümid edirəm ki, Azərbaycan və Avropa şirkətləri və iş adamları İraq bazarına sərmayə qoyacaqlar. Ölkəmizin hökuməti bu istiqamətdə imkanların yaradılmasında maraqlıdır. İraqın əsas prioritetləri təhlükəsizlik və sabitliyin qorunması, xalqa xidmət, infrastrukturun qorunması, iqtisadiyyatın səviyyəsinin artırılması və vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılması üçün investisiyalardır", - İraq prezidenti Bakıda jurnalistlərə deyib.

Noyabrın 19-da İraq prezidenti Bakıya rəsmi səfərə gəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.