SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan üzləşdiyi problemlərlə bağlı beynəlxalq tərəfdaşlardan cavab almır - XİN

XİN-in mətbuat katibi bildirib ki, 44 günlük müharibədən sonra da ərazidə qalan Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərini minalamağa davam ediblər.
Sputnik
BAKI, 20 noyabr — Sputnik. "İşğal dövründə Azərbaycan ərazilərindən silahların transferi üçün istifadə edilib". Bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə Müdafiə Nazirliyinin birgə keçirdiyi brifinqdə XİN-in mətbuat katibi Ayxan Hacızadə deyib.
O bildirib ki, 44 günlük müharibədən sonra da ərazidə qalan Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərini minalamağa davam ediblər.

"Qanunsuz erməni silahlı birləşmələri regionda stabilliyə böyük təhdid formalaşdırırdı. 24 saatlıq antiterror tədbirləri ilə Azərbaycan ərazilərini qanunsuz silahlı birləşmələrdən təmizlədi. Qeyd etməliyəm ki, işğal dövründə ermənilər bu ərazilərə çoxlu sayda silah daşıyıblar. Hətta ərazilərdən silahların transferi üçün istifadə edilib. Azərbaycan dəfələrlə bu istiqamətdə beynəlxalq ictimaiyyətə çağırışlar edib. Lakin heç vaxt reaksiya görməmişik", - A.Hacızadə qeyd edib.

XİN sözçüsü bildirib ki, Azərbaycan 2020-ci ildə 44 günlük müharibədən sonra üzləşdiyi problemlərlə bağlı beynəlxalq tərəfdaşlardan cavab almır. Onun sözlərinə görə, 30 ildən artıqdır ki, Ermənistan nəinki Azərbaycan ərazilərini işğal edib, hətta öz hərbi texnikasını, minaları yerləşdirib və bu gün də insanların ölümünə səbəb olur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.