RUSİYA

Arktika Şurasının gələcəyi ölkələrin əməkdaşlığa hazır olmasından asılıdır - Rusiya XİN

Diplomat bildirib ki, Norveçin Arktika Şurasına sədrliyi təşkilatın və onun strukturlarının fəaliyyətinin ayrı-seçkilik olmadan tədricən donunu açmağı təmin etmək niyyətini göstərir.
Sputnik
BAKI, 20 noyabr — Sputnik. Rusiyanın iştirakı ilə Arktika Şurasının gələcəyi bütün üzv ölkələrin bərabərhüquqlu əməkdaşlığa hazır olmasından asılıdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin ikinci Avropa departamentinin direktoru Sergey Belyayev RİA Novosti-yə müsahibəsində bildirib.

"Şimalda vəziyyət ağır olaraq qalır. Keçmiş Qərb tərəfdaşlarımızın qeyri-dost hərəkətləri Baltik və Barents regionunda olunmuş çoxtərəfli əməkdaşlığın ənənəvi siyasi arxitekturasının dağılmasına gətirib çıxardı. Rusiyanın iştirakı ilə Arktika Şurasının gələcəyi üzv olan bütün ölkələrin yüksək enliklərdə gələcək bərabərhüquqlu qarşılıqlı fəaliyyətə hazır olmasından asılı olacaq", - deyə o, bildirib.

Eyni zamanda, Belyaev vurğulayıb ki, Norveçin Arktika Şurasına sədrliyi bu qurumun və onun strukturlarının fəaliyyətinin ayrı-seçkilik olmadan tədricən donunu açmağı təmin etmək niyyətini bəyan edir:
"Bunun praktikada necə həyata keçiriləcəyini görəcəyik. İstənilən halda, Rusiya Federasiyası Arktikada gərginliyi aşağı səviyyədə saxlamağa və milli maraqlarına uyğun olaraq bizim üçün strateji əhəmiyyət kəsb edən bu regionda mövcudluğunu gücləndirməyə davam edəcək".
Müsahibənin tam mətnini Moskva vaxtı ilə saat 9.00-da ria.ru saytında oxuyun.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.