DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-ın Azərbaycanla münasibətlərimizə qarışmaq haqqı yoxdur - İran XİN

İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirir ki, ABŞ regionun daxili işlərinə qarışmağı dayandırmalı və keçmiş təcrübələrdən öyrənməlidir.
Sputnik
BAKI, 20 noyabr — Sputnik. İranla Azərbaycan arasında əməkdaşlıq davam edir və ABŞ-ın İranla qonşu dövlətlər arasında dostluq münasibətlərinə qarışmağa haqqı yoxdur.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani həftəlik mətbuat konfransında ABŞ rəsmisinin İranın Qafqazda dəhliz yaradılmasında iştirakı ilə bağlı şərhinə cavabında deyib.

"ABŞ böyük danışır, ona heç bir aidiyyatı olmayan məsələlərə müdaxilə edirlər. İranla region ölkələri o cümlədən Azərbaycan arasında əməkdaşlıq davam edir və ABŞ-ın İranla qonşu dövlətlər arasında dostluq münasibətlərinə qarışmağa haqqı yoxdur. ABŞ regionun daxili işlərinə qarışmağı dayandırmalı və keçmiş təcrübələrdən öyrənməlidir. Bu cür müdaxilələrin ABŞ-a heç bir faydası olmayacaq", - o deyib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.