SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Aİ: "Bizim üçün əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır"

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi bildirib ki, 3+3 formatı regiondakı ölkələrin problemləri həll edə bilməsi üçün uğurlu platformadır.
Sputnik
BAKI, 20 noyabr — Sputnik. "Ermənistanla Azərbaycan arasında müqavilənin harada imzalanması bizim üçün müqavilənin özündən daha az əhəmiyyətlidir. Əsas məsələ belə bir müqavilənin imzalanmasıdır".
Bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar "Armenpress"ə müsahibəsində deyib.
O qeyd edib ki, Aİ səmimi səylərini təklif edib:

"Əsas məsələ sülh məsələsində irəli getməkdir. Biz münasibətlərin real nizamlanması istiqamətində irəliləyişi təşviq etməyə çalışırıq".

T.Klaar söyləyib ki, 3+3 formatı regiondakı ölkələrin problemləri həll edə bilməsi üçün uğurlu platformadır:
"Dediyim kimi, bizim üçün ən vacib olan inkişafdır. Platforma o qədər də əhəmiyyətli deyil".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.