BAKI, 19 noyabr - Sputnik. ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərində keçmiş Amerika lideri Donald Trampın qələbəsi Vaşinqtonun Kiyevə etdiyi yardıma son qoyacaq.
Bu barədə “Express” nəşri məlumat yayıb.
İddialara görə, Tramp Kiyevə “sonsuz Amerika pul axını”nı dayandırmağı planlaşdırır. Bu, Ukraynadakı münaqişəni siyasətçinin andiçmə mərasiminə qədər həll etməyə imkan verəcək.
Nəşr qeyd edib ki, Trampın seçkilərdə mümkün qələbəsi Kiyev hakimiyyətini ciddi şəkildə narahat edir.
Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Donald Trampı ABŞ-ın keçmiş prezidentinə ölkədə qısa müddətdə sülhə nail olmağın mümkünsüzlüyünü sübut etmək üçün Ukraynaya gəlməyə dəvət edib. Daha sonra Ağ Evin keçmiş rəhbərinin bu təklifdən imtina etdiyi məlum olub. Eyni zamanda, mətbuatda yayılan məlumatlara görə, Trampa 2024-cü il seçkilərində iştiraka artıq icazə verilib.