BAKI, 19 noyabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putinin Rusiya Federasiyasına qarşı faydasız sanksiyalardan ümidini kəsən Qərbin mümkün təxribatı barədə danışmağa əsası var.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov telejurnalist Pavel Zarubinlə söhbətində bildirib.
“Prezident bunu bir elə-belə demir, onun bunu söyləmək üçün müəyyən məlumatı var, əsası var”, - deyə Kremlin nümayəndəsi vurğulayıb.
Peskov qeyd edib ki, Qərb ölkələri bundan sonra da Rusiyaya qarşı təzyiq imkanlarını axtarmağa davam edəcəklər, ona görə də Rusiya Federasiyası öz gücünü mümkün qədər bir yerə cəmləməlidir. Prezidentin mətbuat katibi əlavə edib ki, bu cəhdlərdə Qərb ölkələri heç nəyi göz önünə almır və özlərini çox həyasız aparırlar.
Daha əvvəl Vladimir Putin bildirib ki, Qərb ölkələrinin sanksiyalaşdırılmış təcavüz potensialı demək olar ki, tükənib, ona görə də onlar müxtəlif təxribat aktlarına cəhd edəcəklər. Prezident “Şimal axını”nda baş verənləri xatırladıb.