HADİSƏ

Hacıqabulda mikroavtobusla yük maşını toqquşub, altı nəfər yaralanıb

Faktla bağlı araşdırma aparılır.
Sputnik
BAKI, 19 noyabr - Sputnik. Hacıqabulda yol-nəqliyyat hadisəsi olub. APA-nın məlumatına görə, hadisə Qarasu kəndində qeydə alınıb.
Belə ki, “KamAZ” və “Mercedes Vito” markalı mikroavtobus toqquşub. Hadisə nəticəsində altı nəfər xəsarət alıb.
Yaralılar Şirvan xətəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.