PAYTAXT XƏBƏRLƏRİ

Bakıda yeni marşrut xətti fəaliyyətə başlayıb

Bu gündən 4 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar sərnişinlərin xidmətindədir.
Sputnik
BAKI, 19 noyabr - Sputnik. Bakıda yeni marşrut xətti işə düşüb.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, bu gündən 4 nömrəli müntəzəm marşrut xətti üzrə müasir və komfortlu avtobuslar sərnişinlərin xidmətindədir.
Qeyd edək ki, bu, N.Nərimanov - Ağ şəhər yaşayış sahəsi üzrə yeni marşrut xəttidir.