DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avstriya XİN Lavrovun ATƏT-in Nazirlər Şurasına dəvət olunmasının tərəfdarıdır

Şallenberq Skopyedə Lavrovla dialoqa getməyə hazır olduğunu da bildirib və qeyd edib ki, yalnız İsveçrə və Lixtenşteynlə danışaraq xarici siyasətlə məşğul olmaq mümkün deyil.
Sputnik
BAKI, 19 noyabr - Sputnik. Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ATƏT-in Skopye sammitinə dəvət edilməsini düzgün hesab edir.
Siyasətçi bu barədə "Die Presse" qəzetinə müsahibəsində bildirib.
“Düşünürəm ki, Rusiya XİN rəhbərini dəvət etmək düzgündür. Bu təşkilat gələcək üçün lazımdır”, - deyə o vurğulayıb.
Şallenberq Skopyedə Lavrovla dialoqa getməyə hazır olduğunu da bildirib və qeyd edib ki, yalnız İsveçrə və Lixtenşteynlə danışaraq xarici siyasətlə məşğul olmaq mümkün deyil.
"Avropanın öyrənməli olduğu bir şey odur ki, biz problemləri həll etmək istəyiriksə, dünyaya praqmatik və ayıq baxmalıyıq", - deyə diplomat əlavə edib.
Daha əvvəl Sergey Lavrov bildirib ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) NATO və Aİ-nin səyləri ilə marjinal struktura çevrilir.