HADİSƏ

Yüksək dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Qar örtüyünün hündürlüyü Şahdağda 2 sm, Qrızda 1 sm olub.
Sputnik
BAKI, 18 noyabr - Sputnik. Noyabrın 18-də ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, yüksək dağlıq ərazilərdə qar yağıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Qaxda 16 mm, Quba, Gədəbəydə 10 mm, Qusar, Şəkidə 6 mm, Ordubad, Xaltan, Şahdağda 5 mm, Göygöl, Şahbuz, Zaqatala, Altıağac, Qrızda 4 mm, Daşkəsən, Gəncə, Şamaxı, Qobustanda 3 mm, Naxçıvan, Şərur, Culfa, Şabran, İsmayıllı, Mingəçevir, Lerikdə 2 mm, Tərtər, Göyçay, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Şəmkir, Tovuz, Ağdam, Balakən, Oğuz, Xaçmaz, Salyan, Biləsuvar, Lənkəran, Yardımlı, Astara, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Qar örtüyünün hündürlüyü Şahdağda 2 sm, Qrızda 1 sm olub.