RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

WSJ: Pentaqonun USQ üçün silah və ehtiyatların artırılmasına pulu tükənir

Qəzetin yazdığına görə, Pentaqonun cəmi 6 milyard dollara yaxın vəsaiti qalıb.
Sputnik
BAKI, 18 noyabr - Sputnik. ABŞ Müdafiə Nazirliyinin Kiyev rejimini dəstəkləmək və Ukrayna Silahlı Qüvvələrini (USQ) yeni silahlarla təmin etmək üçün demək olar ki, vəsaiti qalmayıb.
Bu barədə ABŞ-ın “Wall Street Journal” nəşri rəsmilərə istinadən yazıb.
Qəzet yazır ki, Pentaqonun sərəncamında Ukraynanı dəstəkləmək və onu silahla təmin etmək üçün 5 milyard dollara yaxın vəsait qalıb.
“Lakin ABŞ ordusunun öz ehtiyatlarını artırmaq üçün nəzərdə tutulan başqa bir fond cəmi 1,1 milyard dollara qədər azalıb, bu da Pentaqonun vəsaitinin tükənmək üzrə olduğunu göstərir”, - deyə məqalə müəllifləri xəbərdarlıq edirlər.
Bu yaxınlarda ABŞ-da “şatdaun”un qarşısını almaq üçün (hökumət işinin müvəqqəti dayandırılması) Ukrayna və İsraili dəstəkləməyə görə vəsaitin ayrılmasını istisna edən ardıcıl ikinci müvəqqəti büdcə layihəsi qəbul edilib.
Öz növbəsində “Washington Post” hesab edir ki, Vaşinqtonun Ukraynanı dəstəkləməyə marağı hər zamankindən aşağı olub və Kiyev rejimi ABŞ-ın dəstəyini tamamilə itirmək riski ilə üzləşir.