DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukraynalılar bir "dəli"ni dəstəkləməklə ölkələrini itirdilər - Ritter

Sabiq kəşfiyyatçı hesab edir ki, son hadisələr fonunda Rusiyanın ötənilki təklifi Kiyev üçün daha cəlbedici görünür.
Sputnik
BAKI, 18 noyabr - Sputnik. Ukraynanın Qara dənizdəki hərəkətləri Odessanın zəmanətli itkisinə səbəb olacaq.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin sabiq kəşfiyyatçısı Skott Ritter Vladimir Zelenskinin Ukraynanın dəniz dronları ilə bağlı söylədiklərini şərh edərkən yazıb.
"Bu, praktiki olaraq Odessanın yenidən Rusiyanın bir hissəsi olacağına zəmanət verir. Əla işdir, Ukrayna" - Ritter bildirib.
Zabit vurğulayıb ki, ukraynalılar "dəlini" dəstəklədikləri üçün ölkələrini itiriblər.
Sabiq kəşfiyyatçı hesab edir ki, son hadisələr fonunda Rusiyanın ötənilki təklifi Kiyev üçün daha cəlbedici görünür.
"1 aprel 2022-ci il tarixli sülh sazişi retrospektivdə olduqca yaxşı görünür, elə deyilmi?" – Ritter istehza ilə qeyd edib.
Skott Ritter bu yaxınlarda deyib ki, ABŞ-ın hərbi yardımı Ukrayna ordusuna Rusiya ilə münaqişədə qalib gəlməyə kömək etməyəcək.
Onun fikrincə, Vaşinqton heç bir ölkəyə belə kömək etmək iqtidarında deyil, ona görə də Ukrayna və İsrailə eyni vaxtda dəstəkdən söhbət gedə bilməz. Ekspert həmçinin qeyd edib ki, Rusiya Silahlı Qüvvələri (RSQ) Ukrayna Silahlı Qüvvələrinin (USQ) zəif tərəflərini müəyyən edə biliblər.