BAKI, 18 noyabr - Sputnik. Türkiyə tərəfi Rusiya taxılının emalı və onun Afrika ölkələrinə göndərilməsi ilə məşğul olacaq.
Bu barədə Rusiya mediası Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklının “CNN Türk” telekanalına müsahibəsində söylədiklərinə istinadən xəbər verib.
“Prezidentimiz Rusiya taxılının un şəklində Afrika ölkələrinə göndəriləcəyini söyləyib. Biz taxılı una çevirib müxtəlif mexanizmlərlə göndərəcəyik”, - deyə nazir bildirib.
Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər ki, Türkiyəyə 1 milyon ton taxıl tədarükü üzrə layihə işlənmə mərhələsindədir.