SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan: Türkiyə ilə sərhədlərin açılması üçün şəxsən məsuliyyət daşımağa hazıram

O, üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün Ermənistan-Türkiyə sərhədinin açılması məsələsinin yaxın vaxtlarda müsbət həll olunacağına ümid etdiyini bildirib.
Sputnik
BAKI, 18 noyabr - Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə ilə fəal dialoq apardıqlarını qeyd edib.
"Ermənistan Türkiyə ilə dialoq aparır" - Paşinyan İrəvanda ATƏT Parlament Assambleyasının payız sessiyasında çıxışı zamanı deyib.
“Diplomatik münasibətlərin qurulması baxımından heç bir uğur olmasa da, indiyədək heç vaxt bu qədər fəal şəkildə dialoq aparmamışdıq. Amma Ermənistanın Türkiyə ilə münasibətlərini normallaşdırması Cənubi Qafqazda dinc, inkişaf edən mühitin strateji baxışı üçün ən vacib amildir” - Paşinyan əlavə edib.
O, üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün Ermənistan-Türkiyə sərhədinin açılması məsələsinin yaxın vaxtlarda müsbət həll olunacağına ümid etdiyini bildirib.
“Bu, çox simvolik addım olacaq”, - N.Paşinyan söyləyib.
Baş nazir vurğulayıb ki, Ermənistan Respublikası və şəxsən o, bu məqsədə nail olmaq üçün lazımi məsuliyyəti daşımağa hazırdır.
25.10.23, 22:17
Paşinyan: Biz ilk növbədə Ankara və Bakı ilə münasibətləri yaxşılaşdırmalıyıq
“Ermənistanın qarşısında duran əsas vəzifə regionda uzunmüddətli sülhə nail olmaqdır, Qərbdən hərbi bazalar açmağı, silah-sursatla təmin etməyi tələb etməməkdir”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan "Wall Street Journal"a müsahibəsində deyib.
Paşinyan Ermənistan və Rusiya arasındakı tarixi əlaqələrə dair suala cavab olaraq, ilk növbədə diqqəti Türkiyə və Azərbaycanla tarixən daha uzun qonşuluğa yönəltməyə çağırıb:
“Bütün suallar və cavablar buradadır. Biz ilk növbədə regionda münasibətləri yaxşılaşdırmağa çalışmalıyıq”.
O qeyd edib ki, yaxın aylarda Azərbaycanla sülh sazişinin imzalanmasının mümkünlüyünə nikbin yanaşır.
Nikol Paşinyan həmçinin qeyd edib ki, İrəvan Rusiya hərbi bazalarının öz ərazisindən çıxarılmasını müzakirə etmir.

"Biz indi daha çox başqa məsələləri müzakirə edirik, bu vəziyyətin səbəbini anlamağa çalışırıq və təbii olaraq mən də hesab edirəm ki, bu, Ermənistan və Rusiya, Ermənistan və KTMT arasında işçi müzakirələrin gündəliyi olacaq" - Ermənistanın baş naziri WSJ-yə müsahibəsində bildirib.