DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İrəvanda partlayış baş verib - ölənlər var

KİV-lər kimya fakültəsində baş vermiş partlayışın, ardınca yanğının baş verdiyini yazır.
Sputnik
BAKI, 17 noyabr — Sputnik. Noyabrın 17-si səhər İrəvan Dövlət Universitetinin binalarından birində partlayış baş verib. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Ermənistan-a bildiriblər.
Hadisə yerində xilasedicilər işləyir. Ölən və yaralananlar barədə hələlik rəsmi məlumat yoxdur.
KİV-lər kimya fakültəsində baş vermiş partlayışın, ardınca yanğının baş verdiyini yazır. Ölən və yaralananlar barədə məlumat var.
Partlayışdan sonra baş vermiş yanğın nəticəsində ölən və yaralananlar yaşıllaşdırma xidmətinin əməkdaşlarıdır.
Tələbələr dərhal təxliyə edilib.
Ermənistan Səhiyyə Nazirliyi ölüm xəbərini təsdiqləyib. Zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.