İQTİSADİYYAT

Orta Dəhliz ölkələri arasında çərçivə sazişi imzalanacaq

Protokola əsasən Orta Dəhliz boyu malların hərəkət edəcəyi ölkələrin sistemə daxil edilməsi, tranzit məsələlərinin maksimum sadələşdirilməsi hədəflənib.
Sputnik
BAKI, 17 noyabr — Sputnik. Orta Dəhliz ölkələri arasında tranzit daşımalara aid məlumatların öncədən mübadiləsini təmin edən elektron gömrük qeydiyyatı portalı yaradılacaq.
Bunu "Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Gömrük Komtəsinin sədr müavini Natiq Şirinov deyib.
O bildirib ki, bu ilin mart ayında 6 ölkə arasında protokol imzalanıb. Protokola əsasən Orta Dəhliz boyu malların hərəkət edəcəyi ölkələrin sistemə daxil edilməsi, tranzit məsələlərinin maksimum sadələşdirilməsi hədəflənib.
"Həmin protokol əsasında çərçivə sazişi hazırlanıb. Müvafiq prosedurlardan sonra aidiyyatı ölkələrə imzalanması üçün göndəriləcək", - Natiq Şirinov əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.