RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

NATO-nun texnoloji uğursuzluğu: USQ üçün daha mərmi olmayacaq

Hazırkı istehsal tempi ilə ABŞ və NATO Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarının yalnız üçdə birini - ildə təxminən 600 min mərmi təmin edə bilər.
Sputnik
Texnoloji cəhətdən ABŞ və NATO Ukrayna hərbi əməliyyatlar teatrında Rusiya ilə proksi-müharibəni artıq uduzub. Xüsusi hərbi əməliyyat (XHƏ) zonasında döyüşlərin ilk ilində Ukrayna ordusu üç milyondan çox 155 mm-lik kalibrli artilleriya mərmisi xərcləyib ki, bu qədər mərminin istehsalına ABŞ və NATO təxminən 10 ilini sərf edib. Alyansın inanılmaz səxavətinin "bayramı" başa çatıb, alyansda və Ukrayna Silahlı Qüvvələrində (USQ) mərmilər getdikcə daha da azalır.
Yüz milyardlarla dollar və avro büdcəsi ilə belə texnoloji sıçrayış mümkün deyil. Kiyev rejiminin ehtiyaclarını ödəmək üçün Qərb hərbi-sənaye kompleksi müəssisələrinin yenidən qurulması və transformasiyası illər tələb edir, bu da Rusiyanın rəqiblərinə belə tarix imkan verməyəcək. Qərb 25-30 min artilleriya silah-sursatının gündəlik istehlakını təmin edən Rusiya müdafiə sənaye komleksi ilə böyük fərqi azaltmağa səylə çalışır. Rusiya artilleriya mərmilərini səkkiz dəfə sürətli və yeddi dəfə ucuz istehsal edir.

Artilleriya "Müharibə Tanrısıdır" və döyüş əməliyyatları zamanı düşmənin canlı qüvvəsinin və hərbi texnikasının 80 faizə qədərinin məhv edilməsini təmin edir.

Rusiyanın xüsusi hərbi əməliyyatı (XHƏ) başladıqdan sonra ABŞ 155 mm-lik mərmi istehsalını ayda 14 mindən 24 minə çatdırıb və 2025-ci ildə ayda 70 min artilleriya silah-sursatı istehsal etmək niyyətindədir. Avropalı müttəfiqlərin əldə etdiyi istehsal həddi ildə 300 min mərmi təşkil edir, baxmayaraq ki, Avropa İttifaqı (Aİ) Kiyevə bir milyon söz vermişdi.
Ukrayna Silahlı Qüvvələrinin (USQ) artilleriyaçıları gündə orta hesabla 6 min, yəni ildə 2 milyondan çox mərmi sərf edirlər. Hazırkı istehsal tempi ilə ABŞ və NATO Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarının yalnız üçdə birini - ildə təxminən 600 min mərmi təmin edə bilər. Burada isə Qərbin Yaxın Şərq prioritetlərinin dəyişikliyi var – İsrailin Qəzza zolağında fələstinlilərlə müharibəsi üçün silah-sursat və muzdlulara daha çox ehtiyacı var.
Ukrayna qoşunlarının baş komandanı Valeriy Zalujnı noyabrın 13-də telefonla ABŞ Ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Brauna cəbhədəki ağır vəziyyət barədə, böyük itkilər, əsgər və mərmi çatışmazlığı və Avdeyevska, Kupyansk və Maryinsk istiqamətlərində Rusiya qoşunlarının hücumu ilə bağlı məlumat verib.
Eyni zamanda, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə qərbin hərbi-sənaye kompleksinin acınacaqlı vəziyyətinə baxmayaraq, Qərb tərəfdaşlarını Ukraynaya hərbi dəstəyi azaltmamağa, əksinə artırmağa çağırıb. Bu yaxınlarda Almaniya Bundesveri arsenalında cəmi 20 min 155 mm-lik mərmi qaldığını aşkar edib. Kiyev ona vəd edilən 1 milyon artilleriya silah-sursatının istehsalını sürətləndirməyə və əlavə 20 milyard avro almağa ümid edir.
Sərt reallıq
Döyüş meydanında USQ üçün yaranmış fəlakətli vəziyyətə baxmayaraq, Ukrayna Prezidenti Vladimir Zelenski artıq yaxın olan, sona qədər "hücum etmək" niyyətindədir. Kiyev rejiminə hərbi yardımın ən yüksək nöqtəsi Qərb tərəfindən olub. Ukrayna artilleriyaçıları silah-sursat yoxluğu yaşayır: əgər yazda Artyomovskda gündəlik 100-150 mərmi sərf edilirdisə, bu gün Avdeyevkada limit gündə 15 mərmidir, yəni 10 dəfə azdır. Ola bilsin ki, ABŞ mentaliteti kütləvi mədəniyyət obrazları ilə formalaşır: "Cəsur üsyançılar qətiyyətlə daha güclü rəqiblərin öhdəsindən gəlirlər". Əslində, bir qayda olaraq, daha yaxşı təchiz edilmiş və təlim keçmiş qoşunlar qalib gəlir.
Qərbin planları reallıqla ziddiyyət təşkil edir. ABŞ Konqresi 2022-ci ilin fevralından etibarən Kiyevə 113 milyard dollardan çox hərbi və maliyyə yardımını təsdiqləyib. Ukrayna Silahlı Qüvvələrinin əldə etdiyi nəticələr aydın deyil. ABŞ Konqresi hesab edir ki, Ukraynanın qalib gəlməsi üçün Amerikanın Rusiya ilə münaqişədə iştirakını əhəmiyyətli dərəcədə artırması lazımdır, lakin bu, qaçılmaz olaraq ABŞ-ın sonu olacaq. Prinston Universitetində Rusiyanın Pentaqonun mədənlərinə nüvə silahı ilə edilə biləcək zərbənin nəticələrini simulyasiya ediblər - Kanada və Meksika sakinlərini nəzərə almasaq, 300 milyondan çox amerikalı ölə bilər. Rusiyaya qarşı "Ukrayna layihəsi" bu cür qurbanlara dəyərmi?

Bununla yanaşı, Rusiya öz Silahlı Qüvvələrinin gücünü sürətlə artırır və NATO ilə uzunmüddətli münaqişəyə hazırlaşır. Rusiya tanklarının istehsalı il ərzində yeddi dəfə artaraq 1500 ədədə şatıb. Düşmənin XHƏ zonasında ən yeni qanadlı raketləri, "Lancet"lər və beşinci nəsil Su-57 ağır çoxməqsədli qırıcıları yüksək dəqiqlikli zərbələrlə məhv edilir.

İspaniyanın "El Pais" nəşri Rusiya qüvvələrinin daim irəlilədiyini, quruda və hava məkanında üstünlük təşkil etdiyini, hər baxımdan Ukrayna Silahlı Qüvvələrindən üstün olduğunu və bol resursa malik olduğunu yazıb. "The National Interest" Bu yaxınlarda qeyd edib: "Zaman və logistika Ukraynanın əleyhinə işləyir". Əgər bu düşüncəni inkişaf etdirsək, zaman və logistika Ukrayna fəlakətinə görə haqqını baha və uzun müddət ödəməli olacaq ABŞ və onun müttəfiqlərinə qarşı da işləyir.