SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MDB Parlamentlərarası Assambleyasının plenar iclası başlayıb

İclasda MDB PA-ya üzv dövlətlərin parlamentariləri, beynəlxalq təşkilatların nümayəndələri, alim və ekspertlər iştirak edəcəklər.
Sputnik
BAKI, 17 noyabr — Sputnik. Qırğızıstanın paytaxtında Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının (MDB) plenar iclası başlayıb, iclasda ekologiya və təhlükəsizlik sahəsində bir sıra qanun layihələrinin nəzərdən keçirilməsi planlaşdırılır. Bu barədə RİA Novosti xəbər verir.
İclasda Qırğızıstan parlamentinin sədri Nurlanbek Şakiyev, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matvienko, Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşimbayev, Özbəkistan Parlament Senatının sədri Tənzilə Narbayeva, Azərbaycan parlamentinin sədri Sahibə Qafarova, Belarus Respublikası Milli Məclisi Şurasının sədri Natalya Koçanova, Tacikistan parlamentinin sədri Rüstəmi Emomali və Ermənistan Milli Assambleyasının sədr müavini Ruben Rubinyan iştirak edirlər.
İclasda MDB PA-ya üzv dövlətlərin parlamentariləri, beynəlxalq təşkilatların nümayəndələri, alim və ekspertlər iştirak edəcəklər.
"56-cı plenar iclasda ekologiya, təhlükəsizlik və hüquq sahəsində bir sıra nümunəvi qanun layihələrinin müzakirəsi planlaşdırılır. Həmçinin Birlik ölkələrinin parlamentarilərinin nümayəndə heyətləri rus dilinin MDB-də millətlərarası ünsiyyət dili kimi rolunu müzakirə edəcəklər", - məlumatda bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.