DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistanın üç yolu var, onlardan ikisi faciəyə aparacaq - Şarmazanov

Qərb öz məqsədinə çatmaq üçün Gürcüstanda Mixail Saakaşvilidən, Ukraynada Vladimir Zelenskidən, indi isə Ermənistanda Nikol Paşinyandan istifadə edib.
Sputnik
BAKI, 17 noyabr — Sputnik. İndiki vəziyyətdə Ermənistanın qarşısında üç variant var: ən arzu olunanı milli dövlətçiliyin bərpasıdır. İkinci və ya üçüncü yolun seçilməsi faciəyə gətirib çıxaracaq. Bunu Ermənistan Respublika Partiyasının nümayəndəsi Eduard Şarmazanov mətbuat konfransında bildirib.
Siyasətçi qeyd edib ki, ikinci yol respublikanın "Ukrayna"ya çevrilməsidir, çünki o, Ukrayna ilə eyni aqibəti yaşayacaq. Üçüncü yol isə ölkənin "vilayətləşdirilməsi"dir.
Sabiq deputat İrəvanın Qərbə doğru yönəlmiş xarici siyasətini tənqid edib. Onun fikrincə, Ermənistan Qərbin planını qəbul edib açıq şəkildə Rusiyaya qarşı çıxsa, bu, respublika üçün ciddi nəticələrə gətirib çıxaracaq.

"Qərbə bir şey lazımdır: bir əsrdir ki, o, Rusiyanı bu regiondan sıxışdırıb çıxarmağa çalışır. Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan bütün Rusiyalılara qarşı mübarizədə Qərbin "küt alətinə" çevrilib", - siyasətçi qeyd edib.

Şarmazanov bildirib ki, Qərb öz məqsədinə çatmaq üçün Gürcüstanda Mixail Saakaşvilidən, Ukraynada Vladimir Zelenskidən, indi isə Ermənistanda Nikol Paşinyandan istifadə edib. Qərb rəsmiləri əsl məqsədlərini gizlətmirlər.
"Rusiya nəhəng əraziyə malik superdövlətdir. Əgər Rusiyaya daş atırsansa, sənə daha böyük daşla vurulmağa hazır olmalısan. Amma bundan sonra ayaq üstə qalacaqsan?" - Şarmazanov sual edib.
Hakimiyyətin KTMT-ni tənqid etməsinə münasibət bildirən siyasətçi xatırladıb ki, Ermənistan bu təşkilatın bir hissəsidir, çünki o, 30 il ərzində kifayət qədər səmərəli işləyən Rusiya təhlükəsizlik sisteminin bir hissəsidir.
"Rusiya sizə 165 dollara qaz verir, kənd təsərrüfatı məhsullarımızın 90%-i Rusiya bazarına göndərilir. Bütün bunları bir tərəfə atırsan, Qərbin təhriki ilə Rusiyaya qarşı çıxırsan və sağ qalmaq istəyirsən?" - siyasətçi qeyd edib.
O, əmindir ki, nə Fransa, nə də bütövlükdə Aİ Ermənistanın təhlükəsizlik problemlərini həll etmək iqtidarında deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.