CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda uşaq hüquqları ilə bağlı qanunvericiliyə dəyişiklik ediləcək

Komitə sədri bildirib ki, hazırda qanun layihəsi üzərində işlər gedir və Milli Məclisə təqdim ediləcək.
Sputnik
BAKI, 17 noyabr — Sputnik. "Uşaq hüquqları haqqında qanun hazırda dəyişiklik ərəfəsindədir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Günü"nə həsr edilmiş "Uşaq hüquqları tribunası" mövzusunda keçirilən konfransda deyib.
Komitə sədri bildirib ki, hazırda qanun layihəsi üzərində işlər gedir və Milli Məclisə təqdim ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.