BAKI, 17 noyabr — Sputnik. Nəsimi rayonunda axtarışda olan şəxs "Makarov" tapançası satmaq istəyən zaman saxlanılıb.
Bu barədə DİN-dən bildirilib. Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirən əvvəllər məhkum olunmuş, müxtəlif cinayətlər törtəməkdə şübhəli bilindiyi üçün axtarışda olan 1971-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Mübariz Mirzəyev saxlanılıb.
Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" markalı tapança, 5 ədəd patron və 1 ədəd sandıqça aşkar edilərək götürülüb.
M.Mirzəyev silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Faktla bağlı arşadırmalar davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.