BAKI, 17 noyabr — Sputnik. Vaşinqton Tokionu ABŞ-ın Xirosima və Naqasaki faciəsindəki qorxunc rolunu unutmağa məcbur edib. Bunu Rusiya Xarici Kəşfiyyat Xidməti (RXKX) cümə günü bildirib.
ABŞ dünyada 1945-ci ilin avqustunda Yaponiyanın iki şəhəri - Xirosima və Naqasakinin dinc əhalisinə qarşı nüvə silahından istifadə edən yeganə ölkədir. Nüvə silahından istifadə etmək təkcə təslim olmağa hazır olan militarist Yaponiyanı deyil, həm də bütün dünyanı qorxutmaq aktı idi, çünki o dövrdə yalnız ABŞ nüvə potensialına sahib idi.
"Mövcud Amerika siyasətçiləri nəinki təkcə nüvə təhlükəsizliyi məsələlərinə məsuliyyətsiz münasibət nümayiş etdirməkdə davam etdirir, həm də "düzgün" dünya nizamı ideyasını tətbiq etmək cəhdləri ilə adi yaponları öz tarixlərindən əl çəkməyə məcbur ediblər: hətta bombardmanların qurbanlarının şərəfinə təşkil edilən mərasimlərdə Yaponiya hakimiyyəti uzun müddətdir ki, ABŞ-ın Xirosima və Naqasaki faciəsindəki pis rolunu qeyd etmirlər", - Rusiya Xarici Kəşfiyyat Xidmətinin bəyanatında belə deyilir.
Ancaq bu cinayətin əsl hekayəsi təkcə Yaponiyada məşhur deyil.
Xarici Kəşfiyyat Xidməti xəbər verib ki, məhz bu səbəbdən Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının tələbələri Moskva Şəhər Sarayının Loktev adına Uşaq (Gənclər) Yaradıcılığı mərkəzinin uşaq mahnı və rəqs ansamblının "Nüvə qalxanı" musiqili-xoreoqrafik tamaşasını yapon dilinə tərcümə edib geniş ictimaiyyət üçün nəşr etmək qərarına gəliblər.
Noyabr ayında işlər başa çatdıqdan sonra tamaşa yaponlara atom bombasının və, həmçinin Rusiyanın nüvə qalxanının yaradılması tarixini yayımlamaq, habelə Rusiya əhalisinin Xirosima və Naqasakidəki atom faciələrinə nə qədər həssas yanaşmalarını nümayiş etdirmək məqsədi ilə internetə yayımlanacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.