BAKI, 16 noyabr — Sputnik. "Dağlıq Qarabağ"da dövlətçiliyin yaradılması, bu qurumların inkişafı və saxlanması üçün heç bir əsas yoxdur. Bunu Ermənistan Respublikası parlamentinin spikeri Alen Simonyan bəyan edib.
Parlamentari ləğv edilmiş qondarma qurumun dövlət institutlarının yaradılması cəhdlərini birbaşa təhdid və Ermənistan Respublikasının təhlükəsizliyinə zərbə hesab edir. Simonyan həmkarlarını eyni mövqedən çıxış etməyə çağırır.
Eyni zamanda, o, Qarabağı könüllü tərk etmiş ermənilərin problemlərinin olduğunu bildirib və qeyd edib ki, Ermənistan rəhbərliyi bu problemləri həll etməlidir.