RUSİYA

Rusiyanı zəiflətmək ABŞ-ın maraqlarına ziddir - Kennedi

Bundan əvvəl də kiçik Kennedi NATO-nun Rusiya ilə birbaşa hərbi münaqişəyə tab gətirə bilməyəcəyi fikrini irəli sürmüşdü.
Sputnik
BAKI, 16 noyabr — Sputnik. Rusiyanı zəiflətmək ABŞ-ın maraqlarına ziddir.
Bunu ABŞ liderliyinə namizəd kiçik Robert Kennedi bildirib. "Responsible Statecraft" bu barədə yazıb.
Nəşrə şərhində siyasətçi qeyd edib ki, Vaşinqtonun hazırkı strategiyası yanlışdır. ABŞ Rusiya tərəfinin zəiflədilməsinin guya onun milli maraqlarını təmin etdiyini düşünür.
"Bu fikir düzgün deyil. Zəif və qeyri-sabit Rusiya bizim təhlükəsizliyimizə fayda verməyəcək, yalnız bizə zərər verəcək", - deyə o, sözünü yekunlaşdırıb.
ABŞ prezidentliyinə namizədlər Marianna Uilyamson və Kornel Uest də nəşrə müsahibələrində Vaşinqton üçün Ukraynadakı münaqişəni dayandırmağın daha sərfəli olacağına dair fikirlərini bildiriblər. ABŞ-ın yeni Ukrayna Prezidenti Vladimir Zelenskini danışıqlar masasına oturtmalı olacaq.
Bundan əvvəl də kiçik Kennedi NATO-nun Rusiya ilə birbaşa hərbi münaqişəyə tab gətirə bilməyəcəyi fikrini irəli sürmüşdü.