BAKI, 16 noyabr — Sputnik. F-16 qırıcı-bombardmançılarının Ukraynaya təhvil verilməsi münaqişə zonasında qüvvələr balansını əsaslı şəkildə dəyişməyəcək.
Bunu "Politico"nun keçirdiyi konfransda çıxış edən ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frenk Kendall bəyan edib.
Nazirin sözlərinə görə, vəziyyət əsaslı şəkildə dəyişməyəcək. Bununla belə, bu tədbir Ukrayna qoşunlarına "potensial artım" verəcək.
"Ancaq mən deməzdim ki, bu, qüvvələr balansını kökündən dəyişəcək", - deyə o vurğulayıb.
Daha əvvəl Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu bildirib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri 20 gün ərzində Kiyevə vəd edilən bütün F-16-ları vura biləcək.