BAKI, 16 noyabr - Sputnik. Dövlətin İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinin hamısına mənzil vermək imkanı var.
APA xəbər verir ki, bunu Milli Məclisin əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
Musa Quliyev bildirib ki, Birinci Qarabağ müharibəsi qaziləri və şəhid ailələrindən mənzil növbəsinə dayananların hamısına mənzil verilib: “Onlardan kim 2014-cü ildən sonra mənzil növbəsinə dayanıbsa, 2025-ci ilin sonuna qədər mənzillə təmin ediləcək. İkinci Qarabağ müharibəsində şəhid olanların ailələrinin hamısına dövlətin mənzil vermək imkanı var”.