DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Hindistan Ermənistana qumbara tədarük edəcək

Qumbaraları Ermənistana Hindistanın "Munitions India Limited" şirkəti çatdıracaq.
Sputnik
BAKI, 16 noyabr — Sputnik. Hindistan Ermənistana 30 və 40 mm çapda 150 min ədəd qumbara tədarük edəcək.
Məlumatı Ermənistan KİV-i yayıb.
Bildirilib ki, bu hərbi avadanlığı Ermənistana Hindistanın "Munitions India Limited" şirkəti çatdıracaq.
Məlumata görə, 2 ay əvvəl Hindistan bu ölkəyə 5 milyon ədəd 7,62 mm çaplı güllə göndərib.