BAKI, 16 noyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqında (Aİİ) ümumi enerji bazarlarının 2025-ci il yanvarın 1-dən istifadəyə verilməsi planlaşdırılır.
Bu barədə Avrasiya İqtisadi Komissiyasının (AİK) mətbuat xidmətindən "BELTA"ya məlumat verilib.
"2025-ci il yanvarın 1-də işə salınması planlaşdırılan İttifaqın enerji resursları üçün ümumi bazarların formalaşdırılmasının rolu və dəyəri əhəmiyyətli dərəcədə artır", - deyə AİK-in Energetika və İnfrastruktur Şurasının üzvü Arzıbek Kojoşev Moskvadakı "İnteqrasiya" Avrasiya Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, ümumi elektrik enerjisi bazarının yaradılması onun iştirakçıları üçün Avrasiya məkanında transsərhəd ticarəti həyata keçirmək imkanı açacaq və elektrik enerjisinin dəyəri birja mexanizmlərindən istifadə etməklə formalaşacaq ki, bu da onun şəffaflığını təmin edəcək.
Kojoşef, həmçinin qeyd edib ki, hazırda Aİİ ölkələri yaşıl iqtisadiyyata keçid və alternativ enerjinin inkişafı üzrə dövlət proqramlarını qəbul ediblər. Bundan əlavə, Kojoşev Aİİ ölkələrində enerji sənayesinin rəqəmsallaşdırılmasının vacibliyini vurğulayıb.
"Rəqəmsallaşma hesabına enerji sektorunda əsas proseslərin səmərəliliyi durmadan artır, ittifaqın ümumi enerji bazarlarının fəaliyyətində informasiya texnologiyalarından geniş istifadə olunacaq", - deyə o bəyan edib.