HƏRBİ

2024-cü ildə KTMT-nin təlimləri Qazaxıstan və Qırğızıstanda keçiriləcək

"Komanda və idarəetmə orqanlarının, kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrinin birgə təlim planı artıq təsdiqlənib. Sənədi müdafiə nazirləri və təhlükəsizlik şuralarının katibləri imzalayıblar", - Sidorov bildirib.
Sputnik
BAKI, 16 noyabr — Sputnik. 2024-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimləri Qazaxıstan və Qırğızıstanda keçiriləcək.
"Sputnik Ermənistan"ın məlumatına görə, bu barədə KTMT-nin Birləşmiş Qərargahının rəisi Anatoli Sidorov bu gün keçirilən brifinq zamanı deyib.
"Komanda və idarəetmə orqanlarının, kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrinin birgə təlim planı artıq təsdiqlənib. Sənədi müdafiə nazirləri və təhlükəsizlik şuralarının katibləri imzalayıblar", - Sidorov bildirib.
Onun sözlərinə görə, 2024-cü il üçün nəzərdə tutulmuş planda Mərkəzi Asiya regionuna xüsusi diqqət yetirilir.
"Qırğızıstanda Kollektiv Çevik Hərəkət Qüvvələri, Qazaxıstanda isə sülhməramlı qüvvələrlə təlimlər planlaşdırılır. Hələlik təlim yerləri barədə ətraflı danışmaq tezdir. Məsləhətləşmələr bu ilin dekabrında başlayacaq", - Sidorov qeyd edib.