PAYTAXT XƏBƏRLƏRİ

Bakının daha bir prospektində sürət həddi endirildi

Qeyd olunan yol sahəsində müvafiq yol nişanlarının quraşdırılması davam etdirilir.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Bakının Ziya Bünyadov prospektində sürət həddi 90 km/saatdan 70 km/saata endirilib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib. Məlumata görə, qeyd olunan yol sahəsində müvafiq yol nişanlarının quraşdırılması davam etdirilir.
Qurum sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələrini xahiş edir.
28.08.23, 14:40
Bakının Səməd Vurğun küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)məlumat yayıb.
Məlumata görə, yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.
Xatırladaq ki, bundan əvvəl Bakının Məhəmməd Hadi və Təbriz küçələrində sürət həddi 60 km/saatdan 50 km/saata endirilmişdi.
Qurum sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələrini xahiş edib.